Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Soçi görüşündə də gündəliyi İlham Əliyev müəyyənləşdirdi

0

  •     Oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının üçtərəfli görüşünü Ermənistanın növbəti diplomatik fiaskosu adlandırmaq olar. Belə ki, üçtərəfli görüşünün sonunda imzalanan bəyanatda Nikol Paşinyanın ümid etdiyi kimi Rusiya dövlətindən umduğu dəstəyi ala bilmədi. Vladimir Putinin öz çıxışında Qarabağla bağlı bir söz belə işlətməməsi artıq münaqişənin həll olunduğunun bariz nümunəsidir. Həmçinin üçtərəfli görüşdən əvvəl ölkə başçımız cənab İlham Əliyevin Vladimir Putinlə ikitərəfli görüşdə səsləndirdiyi "Qarabağ münaqişəsi artıq tarixdə qalıb." O iki il bundan əvvəl həll edilib deyərək artıq bu barədə müzakirə ediləcək heç bir məsələnin olmadığını Rusiya liderinə bəyan etmişdir. Paşinyan hər vəchlə öz xeyirlərinə olacaq hər hansı bir sənədin imzalanmasına çalışsa da, ölkə başçımızın qətiyyəti və siyasi iradəsi sayəsində Ermənistan rəhbəri bir daha biabırçı şəkildə 44 günlük Zəfər savaşımızda olduğu kimi siyasi müstəvidə də İlham Əliyev cənablarının önündə tab gətirə bilməyib diz çökdü və acizliyini bir daha nümayiş etdirmiş oldu. Paşinyan rus sülhməramlılarının mandatının uzadılması məsələsini ortaya ataraq bununla Moskvaya yaltaqlanaraq nəyəsə nail olmaq istəsədə lakin sonda rus liderinin bu məsələnin 2020-ci il 9 noyabr bəyanatında qeyd olunduğunu əlavə müzakirəyə ehtiyac olmadığını bildirmişdir. Bu məsələnin taleyinin Azərbaycanla Ermənistan arasında münasibətlərin nizama salınmasından sonra baxıla biləcəyini bəyan etmişdir. Qalib ölkə başçımız İlham Əliyev cənabları öz cıxışında bu məsələdə heç bir güzəştə getməyəcəyini növbəti dəfə bəyan edərək Qarabağ bölgəsində yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. "Qarabağ Azərbaycandır!" İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi. İşğal dövründə dünyanın heç bir ölkəsi o, cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik.Anar Əbdülov,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib27 dəfə
    Soçi görüşündə gündəliyi İlham Əliyev müəyyənləşdirdi

    Maraqlı gələ bilər
    35
    62
    29
    35